"Real Massama"nın yarımmüdafiəçisi Kevin Kastro "Estrela da Amadora" ilə yoldaşlıq oyunu zamanı vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. Oyunçunun avqustun 16-da 25 yaşı tamam olub.

 

Faciə oyunun 10 dəqiqəsində baş verib. Bu mövsüm kluba qoşulan yarımmüdafiəçi meydanda huşunu itirib.

 

Hər iki komandanın tibbi personalı oyunçuya tez bir zamanda, o cümlədən defibrilatordan istifadə etməklə tibbi yardım göstərilib.

 

Hadisə yerinə gələn Təcili Tibbi Yardımın əməkdaşları futbolçunu xəstəxanaya götürsə də, vəziyyəti dəyişdirmək mümkün olmayıb Kevin dünyasını dəyişib.

 

 

 

 

4098 5844 9623 6520