Misli Premyer Liqasının II turuna paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" öz meydanında "Araz-Naxçıvan"ı qonaq edir.

 

"Ağ-qaralar" mövsümə uğurla start verib. İlk turda səfərdə "Sumqayıt"ı məğlub edən Bakı klubu heç şübhəsiz ki, bu turu da 3 xalla başa vurmaq üçün meydana çıxacaq. Qonaqlar isə mövsümün açılış oyununda "sülh" bağlayıb. Hesabat həftəsini də məqsəd meydanı məğlubiyyətsiz tərk etmək olacaq.

 

Qeyd edək ki, II tur çərçivəsində keçiriləməli olan 2 görüş - "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" - matçları meydan sahiblərinin avrokuboklarda pley-off oyuna çıxması səbəbindən təxirə salınıb.

 

Misli Premyer Liqası

I dövrə, II tur

20:45. "Neftçi" – "Araz-Naxçıvan"

 

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov 
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Emin Cəfərov 
Bakı. "Palms Sports Arena".