"Trabzonspor" yarımmüdafiəçi Fabinyonun transferi üçün şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.
32 yaşlı futbolçu 2026-cı ilin yayında "Əl-İttihad"dan ayrılaraq azad agent statusu alıb. Onun tezliklə tibbi müayinədən keçəcəyi və bundan sonra Trabzon klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Fabinyo ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Brazliya millisinin heyətində DÇ-2026-da 3 qarşılaşmada meydanda olub.