MLS İntizam Komitəsi "İnter Mayami"nin futbolçusu Lionel Messini cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Argentinalı hücumçu "Filadelfiya" ilə oyunda rəqib futbolçu Kuin Sallivanla mübahisə edib. 39 yaşlı oyunçu amerikalı futbolçuya əli ilə yüngül zərbə endirib. İntizam Komitəsi bu səbəbdən Messini cərimələyib, lakin məbləğ açıqlanmayıb.

 

Matç 2:2 hesabıyla bitib.