Malayziyanın "Johor" klubu dünya futbolunda yeni rekord müəyyənləşdirib. Sport24.az xəbər verir ki, komanda daxili çempionatda 109 oyundur, uduzmur.

 

Bu, futbolda ən uzunmüddətli məğlubiyyətsizlik seriyasıdır.

 

Bundan əvvəlki rekord Fil Dişi Sahili təmsilçisi "Mimosas"a məxsus idi. Komanda çempionatda 108 oyunda uduzmamışdı.

 

"Johor"da "Qarabağ"ın sabiq futbolçusu Kevin Medina çıxış edir. O, bu yay kluba transfer olunub.