"Sabah" Futbol Akademiyasının fiziki hazırlıq üzrə məşqçisi Xose Manuel Armada Zarko "Sabahın Ulduzları" layihəsi ilə bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis turnirlə bağlı bunları deyib:

 

"Düşünürəm ki, çox fərqli və yaxşı turnirdir. İspaniyadakı yarışlardan daha uzunmüddətlidir, amma burada müxtəlif oyunçuları, komandaları görə bilirik. Bunlar futbolçularımız üçün dəqiqlik baxımından və yaxşı başlanğıc etmək üçün əlverişli oyunlardır".

 

O, U-14 və U-15 liqalarında tam beynəlxalq standartların tətbiqi ilə bağlı fikirlərini bildirib: "Bu yaş qrupları üçün hesab edirik ki, bu cür turnirləri təkmilləşdirməyə davam etməliyik. Beləliklə, həm öz, həm azərbaycanlı oyunçuları hamıya nümayiş etdirə bilərik. Bu, bizim üçün həqiqətən, maraqlıdır".