Misli Premyer Liqasında II turun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyni adlı təmsilçisi öz meydanında "İmişli"ni qonaq edir.
"Qartallar" mövsümə uğurlu start verib. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv ötən həftə "Şəfa"nı evə əliboş yola salmağı bacarıb. "İmişli" isə "Araz-Naxçıvan"la "sülh" bağlayıb. Kağız üzərində bugünkü oyunu favoriti meydan sahibləri olsa da, "İmişli" ilk turda heç də pis təsir bağışlamadı. Bu üzdən azarkeşlər Zirədə maraqlı qarşılaşmanın şahidi olacaqlar.
Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Neftçi" - "Araz Naxçıvan" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, II tur
20:45. "Zirə" - "İmişli"
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə. İdman Kompleksinin stadionu.