"Milan" Rafael Leaonu "Mançester Siti"nin kapitanı və mərkəz müdafiəçisi Ruben Diasla dəyişə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sport Mediaset" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Leaonu və Diası təmsil edən portuqaliyalı agent Jorge Mendes bu məsələdə əsas rol oynaya bilər. İtaliya klubunun baş məşqçisi Ruben Amorim yüksək səviyyəli müdafiəçi axtarır. 

 

Qeyd edək ki, Leao ötən mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Dias isə 33 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.