"Mançester Siti" və "Palmeyras" braziliyalı cinah oyunçusu Allan Eliasın transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, ingilis klubu artıq 22 yaşlı braziliyalı ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Allanın Braziliya təmsilçisi ilə hazırkı sözləşməsi 2029-cu ilə qədərdir. "Transfermarkt" onun dəyərini 20 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Allan bu mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.