Bu gün Misli Premyer Liqasında II tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Qəbələdə baş keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Şəfa"nı qəbul edir. Mövsümün açılış turu hər iki komanda üçün uğursuz olub. Kaxaber Tsxadadzenin yetirməri səfərdə "Turan"Tovuz"a minimalhesabla (0:1) məğlub olubsa da, Zaur Həşimovun baş məşqçi olduğu kollektiv "Zirə" səfərindən məyus (0:2) ayrılıb. Bu üzdən hər iki komanda bu gün mövsümdə ilk xalını və ya xallarını qazanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, oyunun start fiti 18:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, II tur
18:30. "Qəbələ" - "Şəfa"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ. Şəhər stadionu.