Rumıniya çempionatında 6-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" öz meydanında "Rapid"i (Buxarest) qəbul edib.

 

Görüş həmyerlimizin komandasının məğlubiyyəti ilə başa çatıb. 

 

"Petrolul" - "Rapid" (Buxarest) - 0:2
Qollar:
Dobre, 55, Morutan, 90

Cəlal Hüseynovun bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün protokoluna daxil edilməyib.

 

Qeyd edək ki, "Petrolul" 9 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.