Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" Super Liqada bu gün növbəti oyuna çıxacaq. Sport24.az xəbər verir ki, "dadaşlar" II turda son çempion "Qalatasaray"ı qəbul edəcək.

 

Matça saat 21:30-da start veriləcək.

 

"Ərzurumspor" mövsümün ilk oyununda "Amed"ə uduzub – 0:3. "Qalatasaray" isə "Çorum"la heç-heçə edib – 2:2.

 

Nəriman ilk görüşdə son dəqiqələrdə oyuna daxil olub və fərq yarada bilməyib.