"Real"ın oyunçularının maaş cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Capology" məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Kral klubu"nda ən çox qazanan oyunçu illik 71,67 milyon avro maaşla hücumçu Kilian Mbappedir. Vinisius Junior illik 31,25 milyon avro ilə ikinci, Trent Aleksandr-Arnold isə illik 16,67 milyon avro ilə ilk "üçlüy"ü tamamlayır.

 

"Real"ın ukraynalı qapıçısı Andrey Lunin illik maaşı 5,73 milyon avro təşkil edir ki, bu da klubda ən az məvacib alan deməkdir. O, 20-ci yerdədir. Onun vizavisi, belçikalı qapıçı Tibo Kurtua isə illik 18,75 milyon avro ilə 9-cu pillədə qərarlaşıb.