Yarımmüdafiəçi Artur Melo "Yuventus"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliya klubu 30 yaşlı braziliyalı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Artur 2020-ci ildə 80 milyon avro qarşılığında "Yuventus"a transfer olunub. 80 milyon avroya keçib. O, son vaxtlar icarə əsasında "Liverpul", "Fiorentina", "Jirona" və "Qremio"nun formasını geyinib.