"Qaradağ Lökbatan" baş məşqçisini açıqlayıb. Sport24.az xəbər verir ki, komandanın "sükanı" Amit Quluzadəyə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə bir illik müqavilə imzalanıb.
Quluzadə məşqçi kimi 2024/25 mövsümündə də Lökbatan təmsilçisində çalışıb.
Keçmiş yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Səbail", "Rəvan", "Qəbələ", "Drita", "Milsami" kimi klublarda forma geyinib. O, Azərbaycan yığmasında 3 oyuna çıxıb.