Azərbaycanın boks üzrə U-19 millisi Avropa çempionatını iki medalla başa vurub. Sport24.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Əli Baxışov yarışı gümüş medalla tamamlayıb.

 

Bununla da Azərbaycan millisinin Serbiyanın Loznitsa şəhərində keçirilən qitə birinciliyində qazandığı medalların sayı ikiyə çatıb.

 

Baxışovdan əvvəl Banuçiçək Nəsirli 48 kq çəki dərəcəsində bürünc medala sahib olub.

 

Beləliklə, 35 ölkədən 354 boksçunun qatıldığı U-19 Avropa çempionatında Azərbaycan millisi bir gümüş və bir bürünc medal qazanıb.