Azərbaycan millisi qadın voleybolçular arasında "CEV EuroVolley 2026" Avropa çempionatında ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, yığmamız Bakıdakı Milli Gimnastika Arenasında Portuqaliya ilə qarşılaşıb.

 

C qrupunun ilk turu çərçivəsində keçirilən matç Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Azərbaycan ilk setdə 25:23 hesabı ilə üstün olub. Portuqaliya ikinci setdə eyni hesabla qalib gələrək tarazlıq yaradıb.

Üçüncü setdə komandalar arasında gərgin mübarizə gedib. Azərbaycan millisi 27:25 hesablı qələbə ilə 2:1 önə keçib.

 

Dördüncü setdə isə yığmamız 25:20 hesabı ilə qalib gələrək görüşü 3:1 hesabı ilə başa vurub. Beləliklə, Azərbaycan millisi Avropa çempionatında mübarizəyə qələbə ilə başlayıb.