Türkiyə Super Liqası və I Liqasının oyunları keçirilib. Sport24.az xəbər verir ki, Türkiyə çempionatında çıxış edən Azərbaycan milli komandasının futbolçuları növbəti matçlarında meydana çıxıblar.
I Liqa təmsilçisi "Bursaspor"un formasını geyinən Toral Bayramov 3-cü tur çərçivəsində "Karagümrük"lə görüşə start heyətində başlayıb. Qarşılaşma bursalıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Super Liqada isə Nəriman Axundzadənin çıxış etdiyi "Ərzurumspor" klubu 2-ci tur çərçivəsində "Qalatasaray"ı öz meydanında qəbul edib. Millimizin oyunçusu meydan sahiblərinin 0:4 hesabı ilə məğlub olduğu görüşün 55-ci dəqiqəsində meydana daxil olub.
Keçirdikləri matçlarda hər iki futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb.