"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba "Mançester Yunayted"ə keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin özlərinə görə, "qırmızı şeytanlar"ın bu dəfə yüksək məbləğ təklif etdiyindən qarşı tərəf kamerunlu futbolçunun keçidinə razılıq verib. 

 

"Mançester Yunayted" hələ ötən yay Balebanı transfer etmək istəyirdi. Lakin "Brayton" onda az pul təklif olunduğundan transferə razılıq verməmişdi.

 

Qeyd edək ki, Baleba ötən mövsüm 2qağayılar"ın heyətində bütün turnirlərdə 35 oyunda meydana çıxıb.