"Milan"ın futbolçusu Kristofer Nkunku karyerasını Almaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Leypsiq" fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bundesliqa klubu oyunçu üçün danışıqlara başlayıb.

 

"Milan" Nkunkunu satmağa razıdır.

 

Qeyd edək ki, Fransa millisinin də üzvü olan yarımmüdafiəçi 2025-ci ildən "Milan"da çıxış edirdi. 28 yaşlı futbolçu komandada 32 oyunda 7 qol vurub.