"Sportinq"in yarımmüdafiəçisi Giorgi Koçoraşvili karyerasını "Sevilya"da davam etdirəcək. Sport24.az xəbər verir ki. bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 

 

Gürcüstan millisinin 27 yaşlı futbolçusunun yeni klubu ilə anlaşmasının müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

 

Klublar arasında bağlanan müqavilənin təfərrüatları isə açıqlanmayıb.

 

Qeyd edək ki, Koçoraşvili Portuqaliya təmsilçisinin heyətində ötən mövsüm 26 oyunda 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Gürcüstan millisində 26 oyun keçirib və 2 dəfə fərqlənib.