"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə Premyer Liqasının ilk turunda "Koventri"yə qarşı keçirdiyi matçdakı qələbəsini (3:0) şərh edib. Sport24.az xəbər  verir ki, ispaniyalı mütəxəssis ötən mövsüm olduğu kimi yenə də çempion olmaq istədiklərini bildirib:

 

​"Əla oyun oldu, bir çox şey xoşuma gəldi. Tamamilə üstün idik, bir-birimizlə yaxşı əlaqədə iik və topla çox dəqiq hərəkət etdik. ​"Koventri" çox yaxşı komandadır. Onlar baş məşqçi tərəfindən əla hazırlanıblar və rəqibə necə çətinlik yaratmaq istədiklərini mükəmməl başa düşürlər. Onlara son dəqiqələrə qədər imkan yaratmağa imkan vermədik.

 

B​u səviyyədə qalmağa davam edəcəyik. Heyətimizdə belə tərzdə oynamaq üçün kifayət qədər keyfiyyət var. Həmişə səviyyəni qaldırmağa çalışırıq. Yenidən çempion olmaq istəyirik. Mövsümə məhz belə əhval-ruhiyyə ilə yanaşırıq. Keçən il artıq arxada qalıb. Uğuru təkrarlamağa, yenidən çempionluq uğrunda mübarizə aparmağa çalışacağıq".