"Fənərbağça"nın futbolçusu Ceyden Ostervolde karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Roma" cinah müdafiəçisini transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubların artıq bir müddətdir, danışıqlar apardığı bildirilib.
Ostervolde əvvəl İtaliyada "Parma"da forma geyinib. O, 2023-cü ildən "Fənərbağça"da çıxış edir.
25 yaşlı niderlandlı oyunçu İstanbul klubunda 65 oyun keçirib.