Misli Premyer Liqasında II turun ilk oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyni adlı təmsilçisi öz meydanında "İmişli"ni qonaq edir.

 

"Qartallar" mövsümə uğurlu start verib. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv ötən həftə "Şəfa"nı evə əliboş yola salmağı bacarıb. "İmişli" isə "Araz-Naxçıvan"la "sülh" bağlayıb. Kağız üzərində bugünkü oyunu favoriti meydan sahibləri olsa da, "İmişli" ilk turda heç də pis təsir bağışlamadı. Bu üzdən azarkeşlər Zirədə maraqlı qarşılaşmanın şahidi olacaqlar.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Neftçi" - "Araz Naxçıvan" matçları ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, II tur

20:45. "Zirə" - "İmişli" 0:0 (Birinci hissə)

 

Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov 
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Zöhrab Qədiyev 
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə. İdman Kompleksinin stadionu.

 

"Zirə": 13. Aydın Bayramov 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato (k) 9. Davit Volkov 21. Rikardo Martins 20. İssa Cibrila 17. Vierinya 5. Ange Mutsinzi 7. Eren Aydın

Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 32. Qismət Alıyev 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 10. Giorgi Papunaşvili 29. Kris Diqbeu

Baş məşqçi: Rəşad Sadıqov

 

"İmişli": 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 10. Dioqo Kardozu 7. Luis Silvestr

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 88. Ayxan Abbaszadə 17. Seyxan Fərəcov 55. Murad Ələkbərov 33. Əkbər Eyubov 30. Xəlil Mürsəlli 8. Xuan Hernandes 42. Sebai Senin

Baş məşqçi: Fərid Namazov