Bakıda minifutbolçu Qiyas Babayev vəfat edib. Sport24.az xəbər verir ki, idmançı ötən gecə həyatını itirib.
Q. Babayev minifutbol üzrə həvəskarlar liqasında çıxış edən paytaxtın "Mayak Nardaran" komandasının şərəfini qoruyurdu.
Futbolçunun ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.