Ekvadorun Quayakil şəhərinin ev sahibliyi etdiyi yeniyetmələr arasında dünya çempionatında Azərbaycan cüdoçuları iki çəki dərəcəsində tatamiyə çıxacaqlar. Sport24.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli 1/32 final mərhələsində Kosta-Rika idmançısı Alberto Monteslə qüvvəsini sınayacaq.

 

Eyni çəkidə yer alan digər təmsilçimiz Yaqub Məmmədov isə 1/16 finalda qazaxıstanlı Alijan Saylaubekovla qarşılaşacaq.

 

90 kq çəki dərəcəsində yarışan Ömər Axundov 1/16 finalda sloveniyalı Val Berqlez Kosla üz-üzə gələcək. Eyni mərhələdə mübarizə aparacaq Nurəddin Əliyevin rəqibi isə ispaniyalı Pablo Fernandes Kalero olacaq.

 

Təsnifat qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Final bloku isə avqustun 23-də gecə saat 02:00-da başlayacaq.