Ötən gün Almaniya Super Kubokunda "Bavariya" Dortmund "Borussiya"sı ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, matç Münhen təmsilçisinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qarşılaşma Manuel Noyer üçün əlamətdar olub. 40 yaşlı qapıçı karyerasında 36-cı kuboku qazanıb.
Bununla da Noyer keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq ən çox titul qazanan alman futbolçusu adına sahib çıxıb.