Bu gün qadın voleybolçular arasında Avropa çempionatının Bakıdakı C qrupunda növbəti oyunlar keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan millisi qrup mərhələsində ikinci görüşünü İspaniyaya qarşı keçirəcək.

 

Qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək. 

 

Günün digər oyununda Portuqaliya və Belçika milliləri üz-üzə gələcəklər. Görüş saat 15:30-da başlayacaq.

 

Qeyd edək ki, Yığmamız Avropa çempionatına qələbə ilə start verib. Faiq Qarayevin yetirmələri ilk turda Portuqaliyanı 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesabı ilə məğlub edib.

 

23 avqust
15:30. Portuqaliya – Belçika
18:30. İspaniya – Azərbaycan