"Qəbələ" baş məşqçisi Kaxaber Tsxadadze ilə yollarını ayıra bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Qırmızı-qaralar"ın II turda doğma meydanda "Şəfa"ya məğlub olması klub rəhbərliyində ciddi narazılıq yaradıb. Qarşılaşmadan sonra rəhbərliyin iştirakı ilə təcili iclas keçirilib.
Məlumata görə, klub prezidenti Fariz Nəcəfov baş məşqçi Kaxaber Tsxadadze ilə görüşüb. Məğlubiyyətə görə ciddi narazı olduğu bildirilən Nəcəfov mütəxəssisdən komandanın nəticələrinin yaxşılaşdırılmasını tələb edib.
Stadionda keçirilən toplantı təxminən 20 dəqiqə davam edib. Görüş zamanı Tsxadadzeyə vəziyyəti düzəltmək üçün daha bir şans verilib.
Belə ki, gürcüstanlı mütəxəssis üçün III tur qarşılaşması həlledici olacaq. "Qəbələ" növbəti turda "Şamaxı" ilə üz-üzə gələcək. "Qırmızı-qaralar" bu matçda da məğlub olacağı təqdirdə Tsxadadzenin istefaya göndərilməsi gözlənilir.