"Roma" "Fənərbaxça"nın müdafiəçisi Ceyden Ostervoldenin icarəyə götürülməsi üçün şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında məlumat yayıb.

 

İki tərəf arasında əldə olunan razılığa əsasən İtaliya klubu icarə müqaviləsinin sonunda niderlandlı futbolçunun 18 milyon avro qarşılığında  birdəfəlik transfer də edə bilər.

 

Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2023-cü ilin yanvarından "Fənərbaxça"da çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Ostervolde 2026/27 mövsümündə üç oyunda meydana çıxıb.