"RB Leypsiq" hücumçu Kristofer Nkunkuya görə "Milan"a təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
"Öküzlər" oyunçunu 35 milyon avroluq transfer hüququ şərti ilə bir illik icarəyə götürmək niyyətindədir.
Nkunku artıq RB Leypsiqlə şərtlər barədə razılığa gəlib. Əgər transfer hüququ aktivləşdirilərsə, o, 2031-ci ilə qədər müqavilə imzalayacaq.
Bir müddət əvvəl Dortmund "Borussiya"sı və "Nyukasl"ın da Nkunku ilə maraqlandığı bildirilirdi.
Qeyd edək ki, forvard ötən ilin avqustunda 37 milyon avro qarşılığında "Çelsi"dən "Milan"a keçib.