"Əl-Hilal" "Qalatasaray"ın hücumçusu Viktor Osimheni transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu nigeriyalı forvard üçün Türkiyə çempionuna 130 milyon avroluq təklif göndərib. İstanbul nəhəngi bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Viktor Osimhen 2024-cü ilin yayından "Qalatasaray"da çıxış edib. 27 yaşlı futbolçu cari mövsümdə "sarı-qırmızılar"In heyətində meydana çıxdığı 2 rəsmi matçda 4 qol vurub.