"Cenoa"nın uruqvaylı mərkəz müdafiəçisi Alan Matturro Donetsk "Şaxtyor"una keçməyə yaxındır. Sport24.az xəbər verir ki. bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "Şaxtyor" artıq 21 yaşlı oyunçu ilə 2031-ci ilə qədər davam edəcək müqavilə imzalayıb.

 

Klublar hazırda danışıqların son mərhələsindədir və transfer rəsmi olaraq bu həftənin əvvəlində açıqlana bilər.

 

Qeyd edək ki, transferin qiyməti də açıqlanıb. Ukrayna klubu müdafiəçi üçün italyablara 5,5 milyon avro birbaşa ödəniş etməklə yanaşı, 1 milyon avro da bonus şəklində ödəyəcək.