"Sabah" Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Sport24.az xəbər verir ki, "bayquşlar" bu uğuruna görə UEFA-dan 18.62 milyon avro (36.9141 manat) vəsait əldə edəcək.
Bu, klubların turnirin əsas mərhələsinə yüksəlməsinə görə verilən ödənişdir.
Liqa mərhələsində hər qələbə 2.1 milyon avro, heç-heçə isə 700 min avro məbləğində hesablanacaq.
Çempionlar Liqasının əsas mərhələsinin püşkü sabah atılacaq.