"Mançester Yunayted" "Ştutqart"ın mərkəz müdafiəçisi Finn Yelçlə maraqlanır. Sport24.az "CaughtOffside"a istinadən xəbər verir ki, İngiltərə klubu 20 yaşlı futbolçunun durumunu yaxından izləyir.
Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar" Yelçin texniki keyfiyyətlərini və topla davranış zamanı soyuqqanlılığını yüksək qiymətləndirir. Klub futbolçu ilə bağlı müsbət skaut hesabatları əldə etdikdən sonra "Ştutqart"la rəsmi əlaqə yaratmağı nəzərdən keçirir.
Yelç 2025-ci ilin fevralında "Nürnberq"dən "Ştutqart"a keçib və hazırda klubla 2030-cu ilin iyununa qədər müqaviləsi var. Bu isə Almaniya klubuna danışıqlarda ciddi üstünlük verir.
Qeyd edək ki, 20 yaşlı müdafiəçi hazırda "Ştutqart"da qalmağa fokuslandığını bildirib. Onun mümkün transferinin təxminən 50 milyon avroya başa gələ biləcəyi qeyd olunur.