"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi Nemət Şixamirovu transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Şixamirovun son klubu I Liqanın digər təmsilçisi "Şimal" olub.

 

"Karvan-Yevlax" yeni mövsümdə I Liqada mübarizə aparacaq. Çempionata sentyabrın 3-də start veriləcək. Yevlax komandası ilk turda "Baku Sportinq"lə qarşılaşacaq.