Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Qırğızıstan millisindən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssis rəhbərliklə fikir ayrılığına görə işdən ayrılıb.

 

Prosineçki ötən ilin dekabrından yığmaya rəhbərlik edirdi.

 

Xorvatiyalı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.