"Selta" PSV-nin cinah oyunçusu Kouxaib Drioşla müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

24 yaşlı futbolçunun "Selta" ilə sözşləşməsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt"ın məlumatına görə, İspaniya klubu mərakeşli üçün 7 milyon avro ödəyib.

 

Qeyd edək ki, Drioş ötən mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.