"Brayton" "Yanq Boyz"un müdafiəçisi Jauen Ajamı transfer edib. Sport24.az xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu "qağağayılar"la beş illik sözləşməyə imza atıb. "Transermarkt"ın məlumatına görə, əlcəzairli futbolçunun keçidi "Brayton"a 13 milyon avroya başa gəlib.
Ajamın transferi İsveçrə klubunun tarixində ən bahalı üç transferdən biri olub.
Qeyd edək ki, Ajam ötən mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. O, bu mövsüm üç oyunda meydana çıxıb. Ajam həmçinin DÇ-2026-da Əlcəzair millisinin heyətində 3 oyunda forma geyinib.