"Sabah" UEFA reytinqində böyük sıçrayış edib. Sport24.az-ın məlumatına görə, Azərbaycan çempionunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması klubun reytinqinə də ciddi təsir göstərib.

"Bayquşlar" 35 pillə irəliləyərək hazırda 12.000 əmsalla 142-ci sırada qərarlaşıb. Bu nəticə ilə "Sabah" Azərbaycanın UEFA reytinqində ən yüksək mövqedə olan ikinci klubu kimi "Qarabağ"a bir qədər də yaxınlaşıb.

Ağdam təmsilçisi isə 36.250 əmsalla 60-cı pillədə yer alır.