Azərbaycan millisinin futbolçusu Toral Bayramovun "Eyüpspor"a mümkün keçidi ilə bağlı yayılan məlumatlara oyunçulara agenti Tural Əsgərov aydınlıq gətirib.

Əsgərov Sport24.az-a açıqlamasında "Eyüpspor" variantının həqiqətə uyğun olmadığını bildirib. Agent qısa şəkildə "Bizim bu barədə heç bir məlumatımız yoxdur" - deyərək, xəbəri təkzib edib.

Qeyd edək ki, Toral Bayramov yayda "Qarabağ"dan "Bursaspor"a keçib.