"Kəpəz"in yeni transferi Desmond Akuan hələlik Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında Gəncə təmsilçisinin futbolçuları sırasında yer almayıb. Sport24.az məsələ ilə bağlı "Kəpəz" klubuna müraciət edib.
"Sarı-göylər"in Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov saytımıza açıqlamasında futbolçunun PFL-də iştirak ərizəsinə salınacağını bildirib.
Klub rəsmisi Akuanın artıq növbəti turda meydana çıxmaq imkanının olacağını vurğulayıb:
"Oyunçu PFL-də iştirak ərizəsinə daxil ediləcək. III turda "Turan Tovuz"la matçda da iştirak ərizəsində yer alacaq. Hər hansı bir problem yoxdur".
Beləliklə, Desmond Akuanın PFL-in rəsmi saytında hələ görünməməsi ilə bağlı hər hansı problem olmadığı və futbolçunun növbəti turda "Kəpəz"in heyətində yer alacağı dəqiqləşib.
Xatırladaq ki, "Kəpəz" 24 yaşlı oyunçu ilə 2026/2027 mövsümünün sonunadək anlaşıb. "Kəpəz" - "Turan Tovuz" oyunu avqustun 30-da keçiriləcək.