"Sumqayıt"ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına stadionda yaranan ot örtüyü problemi hələ də aradan qaldırılmayıb. Sport24.az xəbər verir ki, bu səbəbdən komanda mövsümün ilk turunda "Neftçi" ilə oyunu "SOCAR Polymer Arena"da keçirib.

 

Bu həftə keçiriləcək "Qarabağ"la qarşılaşmaya qədər ot örtüyünün normal hala gətirləcəyi gözlənilsə də, problem həllini tapmayıb. "Kimyaçılar" Ağdam təmsilçisini də "SOCAR Polymer Arena"da qəbul edəcək.

 

"Sumqayıt"ın "Şamaxı" ilə növbəti ev oyununu hansı stadionda keçirəcəyi isə hələlik dəqiqləşməyib. Mehdi Hüseynzadə adına stadionun ot örtüyünün nə vaxt tam hazır olacağı barədə də konkret məlumat yoxdur.

Qeyd edək ki, "Sumqayıt" "Qarabağ" qarşılaşması 31 avqustda baş tutacaq. Oyunun start fiti saat 20:15-də səslənəcək.