Niderland təmsilçisi "Ayaks" "Jirona"nın yarımmüdafiəçisi Viktor Tsiqankovu heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Amsterdam klubu Ukraniya millisinin üzvü üçün 3,5 milyon avro ödəyəcəyi, müqavilədə isə 1 milyon avroya qədər bonusların və futbolçunun növbəti satışından payın nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Tsiqankov 2023-cü ilin qışında Kiyev "Dinamo"sundan 5 milyon avroya "Jirona"ya keçmişdi.