Fransanın "Lill" klubu heyətini yeni qapıçı ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi Argentinanın "San Lorenso" komandasından Orlando Gili transfer edib.

 

26 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.

 

Gil Paraqvay millisinin heyətində dünya çempionatında çıxış edib. O, mundialda sərgilədiyi performansla Avropa klublarının diqqət mərkəzinə düşmüşdü.

 

Orlando karyerası ərzində ilk dəfə Cənubi Amerikadan ayrılıb. O, 2019-cu ildən "San Lorenso"da forma geyinirdi.