İtaliya təmsilçisi "Fiorentina" "Mançester Yunayted"in hücumçusu Coşua Zirkze ilə bağlı danışıqları sürətləndirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Florensiya təmsilçisi 25 yaşlı futbolçunun icarəyə götürülməsi üçün İngiltərə klubuna rəsmi təklif göndərib. Təklifə 5 milyon avro icarə haqqı və futbolçunun transfer hüquqlarının alınması bəndi daxildir.
Hazırda "Fiorentina", "Mançester Yunayted" və Zirkzenin nümayəndələri arasında danışıqlar davam edir. Tərəflərin razılığa gəlməyə yaxın olduğu bildirilir.