Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandası qrup mərhələsində üçüncü oyununu Rumıniyaya qarşı keçirib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada millimiz rəqibini 3:2 hesabı ilə məğlub edib.
Azərbaycan – Rumıniya – 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8)
Beləliklə, Azərbaycan millisi C qrupunda keçirdiyi hər üç oyunda qələbə qazanıb. Komandamız daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə məğlub edib.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv növbəti oyunlarını avqustun 26-da Belçikaya, avqustun 28-də isə Niderlanda qarşı keçirəcəklər.