Rusiya Milli Futbol Liqasında 8-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" səfərdə "KAMAZ"ın qonağı olub.
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil Şeydayev matçın 67-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.