Bakı Olimpiya Stadionunda AFFA və Daxili İşlər Nazirliyinin birgə iştirakı ilə Təhlükəsizlik konfransı təşkil olunub. AFFA-dan verilən məlumata görə, konfransda Azərbaycan Premyer Liqası və beynəlxalq oyunlar zamanı təhlükəsizliyin təmin olunması, kütlənin idarə edilməsi və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.

 

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Elnur Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şakir Məmmədov, həmçinin Premyer Liqa, I Liqa və II Liqa klublarının təhlükəsizlik menecerləri və azarkeşlərlə iş üzrə məsul şəxslər iştirak ediblər.