2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən "Səbail" qonşu ölkədə son yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi "Mağusa" klubu ilə üz-üzə gəlib.

 

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda Aldo Josue Qomes Soares (Dinyo) dubla imza atıb.

 

Bununla da "Səbail"in Türkiyədəki təlim-məşq toplanışı başa çatıb.